“Sumqayıt”dan ayrılan futbolçu Danimarkaya üz tutdu

“Sumqayıt”dan ayrılan Masaki Murata karyerasını Danimarkada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi “Veyle” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Masaki 2023-cü ilin yanvarından “Sumqayıt”da çıxış edirdi. O, Premyer Liqada 51 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.