Portuqaliya millisinin futbolçusu Pepe karyerası ilə bağlı açıqlama verib.
Futbolpress.az xəbər verir ki, 41 yaşlı müdafiəçi Avro-2024-də Fransaya penaltilər seriyasında məğlub olduqları görüşdən sonra bunları deyib:
“İndi vacib bu deyil. Gələcək haqda danışmaq üçün vaxtım olacaq. Komanda yoldaşlarımızla plana sadiq qaldıq və onlara təşəkkür edirəm. Ancaq gördünüz ki, futbol qəddardır”.