Almaniya millisinin futbolçusu Tomas Müller yığmadakı karyerasını bitirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə hücumçu özü açıqlamasında deyib:
“Millidəki karyeramı bitirə bilərəm. Amma müzakirə etmək lazımdır. Yenidən yığmada olmağı da istisna etmirəm. Müzakirələr olacaq, bəlkə, elə qənaətə gələcəyik ki, dayanmaq lazımdır”.
Tomas Müller 2010-cu ildə Almaniya yığmasında debüt edib. O, 131 oyunda 45 qol vurub.