Kyeza A Seriyasında klubunu dəyişə bilər

“Yuventus”dan ayrılacağı gözlənilən Federiko Kyeza karyerasını “Roma”da davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, paytaxt təmsilçisi yaxın günlərdə italyan yarımmüdafiəçiyə təklif göndərəcək. Bu barədə insayder Nikolo Skira “X” hesabında məlumat yayıb.

“Roma” Kyezaya illik 5,5 milyon avro təklif edəcək. Futbolçu özü də “Yuventus”dan ayrılmağa müsbət yanaşır.

Kyeza ötən mövsüm 37 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.