İlham Əliyev: “Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir”

“Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm”.

Futbolpress.az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin “X” hesabında paylaşımında qeyd edilib. Paylaşımda türkiyəli müdafiəçi Merih Demiralın “bozqurd” işarəsinə görə iki oyunluq diskvalifikasiyası haqda bunlar yazılıb:

“Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!”

Türkiyə millisi bu gün Niderlandla 1/4 finalda üz-üzə gələcək. Görüşə saat 23:00-da start veriləcək.