Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Avro-2024-lə vidalaşmalarını şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1/4 finalda İspaniyaya uduzduqları görüş haqda bunları deyib:
“Rəqibi təbrik edirəm. Birinci hissədə oyun çox açıq keçdi. Fasilədən sonra daha yaxşı idi, 60-cı dəöqiqədən sonra isə aşkar gücləndik. Qolumuz gecikdi.
Futbolçulara dedim ki, siz belə məğlubiyyətə layiq deyilsiniz. Hamımız ailəmiz üçün darıxırıq, amma turnirdə də irəliləmək istəyirdik. Komandada yaxşı atmosfer var idi, lakin olmadı”.