Azərbaycan Karate Federasiyasının idmançıları Bolqarıstanın Varna şəhərində keçirilən KWU SENSHI üzrə XVIII beynalxalq seminar və kyokuşin karate üzrə dünya kubokunda iştirak edir.
Futbolpress.az xəbər verir ki, yarışa 12 döyüşçü ilə ( 10 idmançı kyokuşin karate üzrə, 2 idmançı senşi üzrə) qatılan komandamızın üzvü Cavid Kazımlı 16-17 yaş qrupunda, +75 kq çəki dərəcəsində 3-cü yer əldə edib.
Daha sonra yarışda senşi döyüşlərinə start verilib. Bu növdə idmançımız Orxan Məmmədov ilk döyüşünü tam qələbə ilə bitirib. Orxan ikinci döyüşünü bu gün keçirəcək.