İspaniya millisinin baş məşqçisi Luis de la Fuenta Avro-2024-ün 1/4 finalında bu gün Almaniyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Yaxşı komandamız var. Heç bir futbolçumu almanlarla dəyişməzdim. Mənim üçün ən yaxşı oyunçular özümüzünkülərdir.
Yarımfinala ən yaxşı komanda çıxacaq. Favoritin kim olduğunu bilmirəm. Ancaq bura çempionluq üçün gəlmişik”.
Bu gün keçiriləcək İspaniya – Almaniya oyunu saat 20:00-da başlayacaq.