Motta istəmədi, “Yuventus” satacaq

“Yuventus”un hücumçusu Federiko Kyeza klubunu dəyişə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Turin təmsilçisinin yeni baş məşqçisi Tiaqo Motta Kyezanı planlarına daxil etməyib.

“Qoca sinyora” müqaviləsi gələn yay başa çatacaq futbolçunu pulsuz buraxmaq istəmir və onu bu transfer dönəmində satmağa çalışacaq.

Kyeza ötən mövsüm 37 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.