Dortmund “Borussiya”sı futbolçusu Salih Özcanın transfer dəyərini müəyyənləşdirib.
Futbolpress.az xəbər verir ki, Almaniya klubu yarımmüdafiəçi üçün 10 milyon avro tələb edir. Bu barədə “Sky” nəşri məlumat yayıb.
Salihin adı “Beşiktaş”, “Renn”, “Marsel” və Səudiyyə Ərəbistanı klubları ilə hallanır.
Yarımmüdafiəçi hazırda Avro-2024-də mübarizə aparan Türkiyə yığmasının düşərgəsindədir. O, turnirdən sonra qərarını verəcək.