“Qəbələ”dən ayrılan Əyyub Allaş karyerasını Moldovada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Şerif”ə transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Allaşla müqavilənin detalları açıqlanmayıb.
“Şerif” Avropa Liqasının I təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq. İlk oyun iyulun 11-də Moldovada olacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.