“Mançester Yunayted” rəhbərliyi ixtisarlara başlayacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Klubda maliyyə tənzimləmələri gedir və 1100 işçidən təxminən 250-si ilə yolların ayrılması nəzərdə tutulub.
“Mançester Yunayted” ötən mövsüm Premyer Liqanı 60 xalla 8-ci sırada bitirib.