Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella Avro-2024-ün 1/8 finalında bu gün Avstriyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Avstriyanın Fransa və Niderlandın olduğu qrupu birinci bitirməsi sürpriz olmadı. Onlar gərgin və kifayət qədər aqressiv oyunçulara sahibdirlər. Fiziki üstünlükləri var. Təhlillər aparmışıq və boşluqları bilirik. Meydanda və meydandan kənarda nə lazımdırsa, edəcəyik”.
Matç saat 23:00-da başlayacaq.