Portuqaliyalı hücumçu Joao Feliks “Barselona”dan ayrılıb.
Futbolpress.az xəbər verir ki, Kataloniya klubu ötən mövsümü icarə əsasında komandada keçirən futbolçunun transfer hüquqlarını almayıb.
Feliks müqavilə ilə məxsus olduğu “Atletiko”ya qayıdacaq.
24 yaşlı hücumçu ötən mövsüm La Liqada 30 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.