Donnarummadan etiraf: “Pis oynadıq”

İtaliya millisinin qapıçısı Canluici Donnarumma Avro-2024-ün 1/8 finalında İsveçrəyə uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, qolkiper pis oynadıqlarını etiraf edib:

“Azarkeşlərdən üzr istəyirik. Turnir boyunca pis oynadıq. Bu, qəbuledilməzdir. Pis olduğumuzu etiraf etməliyik”.

Avropa çempionatının son qalibi İtaliya İsveçrəyə 0:2 hesabıyla məğlub olub və turnirlə vidalaşıb.