Bu gün Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.
Futbolpress.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçında İsveçrə İtaliya ilə üz-üzə gəlib. Matç İsveçrənin qələbəsiylə başa çatıb. Beləcə son Avropa çempionu “azzuri” turnirlə vidalaşıb.
Digər görüş isə Almaniya ilə Danimarka arasında olub. Matç meydan sahibi “bundestim”in qələbəsiylə başa çatıb.
İsveçrə və Almaniya adını 1/4 finala yazdırıb.
Avro-2024
1/8 final mərhələsi
29 iyun
20:00 İsveçrə – İtaliya 2:0
Qollar: R.Froler, 37, R.Varqas, 46
23:00 Almaniya – Danimarka 2:0
Qollar: K.Haverts, 53 (pen.), C.Musiala, 68