UEFA Albaniya Futbol Federasiyasını yenidən cəzalandırıb.
Futbolpress.az xəbər verir ki, buna səbəb millinin qrup mərhələsinin üçüncü turunun İspaniya ilə görüşündə azarkeşlərinin davranışıdır. UEFA federasiyanı 86,5 min avro məbləğində cərimələyib.
Bunun 8,5 min avrosu priotexniki vasitələrdən istifadə, 25 min avrosu təhqiramiz şüarlar, 45 min avrosu meydançaya yad əşyalar atılması, 8 min avrosu isə digər qeyri-etik davranışlara görədir.
UEFA bundan əvvəl Albaniya Futbol Federasiyasını İtaliya (1:2) və Xorvatiya (2:2) ilə görüşlərdə də azarkeşlərinin davranışlarına görə cəzalandırıb. Komanda ümumilikdə 3 oyunda 256 min avro məbləğində cərimələnib.
Albaniya B qrupunu bir xalla sonuncu sırada bitirib.