Azərbaycan çempionatına start verildi

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə 27-29 iyun tarixlərində Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə Azərbaycan çempionatı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bu gündən etibarən başlayacaq yarışlarda ölkənin müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən 70-dən çox idmançı səngər və dairəvi stend atıcılığı üzrə fərdi və qarışıq komanda yarışlarında mübarizə aparacaqlar.