Kvaratsxeliya: “Hisslərimi sözlə ifadə edə bilmirəm”

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya Avro-2024-ün qrup mərhələsində Portuqaliyanı məğlub etdikləri (2:0) görüşdən sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, matçda birinci qolu vuran Xviça 1/8 finala yüksəlmələri haqda bunları deyib:

“Napoli” ilə Skudettonu qazandığım gün unudulmaz oldu. İndi isə daha qürurlyam. Çünki öz ölkəm adına böyük nailiyyət əldə etdik. Çox xoşbəxtəm. Həyatımın ən xoşbəxt günüdür. Titul qazanmaq arzum idi, bu uğuru da arzulayırdım. Hisslərimi sözlə ifadə edə bilmirəm, çox xoşbəxtəm”.

Gürcüstan tarixində ilk dəfə iştirak etdiyi Avropa çempionatında 1/8 finala yüksəlib. Komandanın rəqibi İspaniya yığması olacacq.