Amerika Kubokunda B qrupunun ikinci oyunları baş tutub.
Futbolpress.az xəbər verir ki, Ekvador Yamaykanı üç qolla məğlub edərək ilk qələbəsini qazanıb.
Digər görüşdə Venesuela favoritlərdən Meksikaya qalib gəlib. Venesuelalılar bu nəticə ilə 1/4 finala vəsiqəni təmin edib.
Amerika Kuboku
Qrup mərhələsi, II tur
B qrupu
Ekvador – Yamayka 3:1
Qollar: K.Palmer, 13 (avtoqol), K.Paes, 45+4 (pen.) Alan Minda, 90+1 – M.Antonio, 54
Venesuela – Meksika 1:0
Qol: S.Rondon, 57 (pen.)
Xal durumu: Venesuela – 6, Meksika – 3, Ekvador – 3, Yamayka – 0