Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella Avro-2024-ün qrup mərhələsinin III turunda Çexiyanı məğlub etdikləri görüşdən sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1/8 finala yüksəlmələri haqda bunları deyib:
“Böyük uğur əldə etdik. Türkiyə xalqı adına sevincliyəm. Hamımız xoşbəxtik.
Son dönəmlərdə yersiz təzyiqlər və tənqidlər oldu. Bu da komandaya təsirsiz ötüşmədi. Rəqibin qolunda qayda pozuntusu var idi, amma hakim fərqli qərar qəbul etdi. Turu keçən tərəf oldu. Təzyiqlərə rəğmən yaxşı nəticə əldə etdik”.
Türkiyə 1/8 finalda Avstriya ilə üz-üzə gələcək. Görüş iyulun 2-də baş tutacaq.