Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev “Ümraniyespor”dan ayrılıb.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, Türkiyə klubuna və azarkeşlərə vida edib.
Diniyev 2023-cü ildən “Ümraniyespor”un formasını geyinirdi. O, I Liqa klubunda 33 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
“Ümraniyespor” I Liqada mövsümü 44 xalla 11-ci sırada bitirib.
Diniyevin “Ümraniysepos”dan ayrılacağını əvvəlcədən xəbər vermişdik.