Yarımmüdafiəçi Kristian Eriksen Danimarka millisinin tarixinə düşüb.
Futbolpress.az xəbər verir ki, dünən Avro-2024-ün qrup mərhələsində Serbiya ilə matçda meydana çıxan futbolçu millidə ən çox oyun keçirən futbolçu olub.
Yığmada 133 matç keçirən Eriksen əvvəlki rekordçu Simon Kyaeri geridə qoyub (132 oyun).
Danimarka qrup mərhələsini 3 xalla ikinci sırada bitirib və 1/8 finala yüksəlib.