“Everton” futbolçusu Eşli Yanqla müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, 38 yaşlı müdafiəçinin sözləşməsi 2025-ci ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yanq daha əvvəl “Aston Villa”, “Mançester Yunayted”, “İnter” kimi klublarda çıxış edib. O, ötən ilin yayından “Everton”un şərəfini qoruyur.