“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki ,Tovuz təmsilçisi rus qolkiper İvan Konovalovu transfer edib.
Vaxtilə Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının da şərəfini qoruyan qapıçı ilə 1+1 illik müqavilə bağlanılıb.
Moskva “Spartak”ının yetirməsi olan qapıçı Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.