Fransanın “Havr” klubunda baş məşqçi Luka Elsner vəzifəsini tərk edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
41 yaşlı Luka 2022-ci ildən “Havr”a rəhbərlik edirdi .
Komanda Liqa 1-də mövsümü 18 komanda arasında 15-ci sırada bitirib.