İspaniya millisi Avropa çempionatının B qrupunu maksimum nəticə ilə tamamlayıb.
Futbolpress.az xəbər verir ki, Luis de la Fuentanın rəhbərlik etdiyi kollektiv Xorvatiyani (3:0), İtaliyanı (1:0) və Albaniyanı (1:0) məğlub edib. İspanlar yığma tarixində ilk dəfə böyük turnirdə qrup mərhələsini qol buraxmadan bitirib.
“Buğalar” həm də çempion olduqları Avro-2008-dən sonra birinci dəfə qrup mərhələsindəki bütün görüşləri qazanıb.