İngiltərə millisinin futbolçusu Lyuk Şou zədəsini sağaldıb.
Futbolpress.az xəbər verir ki, cinah müdafiəçisi artıq komanda ilə məşqlərə qoşulub. Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Şou şans veriləcəyi halda, Avro-2024-ün qrup mərhələsinin III turunda Sloveniya ilə görüşdə meydana çıxa bilər. Görüş sabah 23:00-da keçiriləcək.