“Tottenhem”in baş məşqçisi Ange Postekoqlu İngiltərə millisinin Avro-2024-dəki oyununu tənqid edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis yığma haqda bunları deyib:
“Milli ləng futbol oynayır. Belə turnirdə təcrübə önəmlidir, ancaq oyunçular daha sərbəst və inamlı olmalıdır. Komandanın yaxşı heyəti var və bundan artığını etməlidir. Yavaş yox, sürətli futbola ehtiyac var. Bunları aradan qaldırmaq lazımdır”.
İngiltərə millisi C qrupunda Serbiya, Danimarka və Sloveniya ilə mübarizə aparır. Qaret Sautqeytin rəhbərlik etdiyi kollektiv iki oyundan sonra dörd xalla liderdir.