Azərbaycanın stolüstü tennisçiləri Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya uşaqları” İdman Oyunlarında iştirak edəcəklər.
Futbolpress.az xəbər verir ki, 2009-2010-cu il təvəllüdlü idmançıların qatılacağı yarışda 4 stolüstü tennisçi bacarığını göstərəcək.
Məşqçilər Elnur Hidayətzadə və Səbinə Əzizlinin rəhbərliyi ilə Şəbnəm Mansurova, Xədicə Eylazova, Tunar Bağirov və Uğur Nəzərli qələbə uğrunda mübarizə aparacaq. İyunun 25-də start veriləcək yarışa beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova da dəvət alıb.
Qeyd edək ki, “Asiya uşaqları” İdman Oyunlarına iyulun 7-də yekun vurulacaq.