“Sabah” Madriddə ilk oyunlarını keçirdi – turnirdə sürpriz qonaq

İspaniyanın paytaxtı Madriddə keçirilən “MadCup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-10 komandası turnir çərçivəsində ilk oyunlarını keçirib.
Futbolpress.az xəbər verir ki, “futuristlər” ilk matçında yerli “CDE DR Academy Sport” klubuna böyük hesabla qalib gəlib – 8:0. Matçda qollara Amin Adıgözəlov, Ayxan Hüseynli, Cavidan Ağayev (2), David Zeynalov, Mehbalı Qəhrəmanlı, Əbəlfəzabbas Qasımlı və Yusif Baxşıyev imza atıblar.
“Saba” növbəti oyunlarında ABŞ-nin “Doral” (0:2) və İspaniyanın “CF Pozuelo De Alarcon” (2:7) komandalarına məğlub olub. Son matçda qollara Nihad Həsənov və David Zeynalov imza atıblar.
U-10-un üzvləri və məşqçilər heyəti turnirin açılış mərasimində iştirak edəcək dünya futbolunun ulduzlarından David Vilyayla görüşüb.