Avro-2024: 4 futbolçu 3-cü turu buraxacaq

Avropa çempionatında bu gün qrup mərhələsinin üçüncü turuna start veriləcək.

Futbolpress.az xəbər verir ki, müxtəlif milli komandalardan dörd oyunçu bu turu buraxacaq.

İspaniya yığmasından Rodri, Portuqaliyadan Rafael Leao, Belçikadan Dodi Lukebakio və Türkiyədən Abdulkerim Bardakçı vərəqə cəzalısı olduğu üçün bu turun oyunlarında iştirak edə bilməyəcək.