Sançes sabiq klubuna qayıda bilər

“İnter”in hücumçusu Aleksis Sançes karyerasını “Udineze”də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, 35 yaşlı futbolçu A Seriyası klubu ilə danışıqlar aparır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Sançesin “İnter”lə müqaviləsi iyunun sonunda başa çatır. Oyunçu daha əvvəl 2006-2011-ci illərdə “Udineze”də forma geyinib.