“Real”ın sabiq futbolçusu Mişel Salqado Türkiyədə işləyəcək.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “Sakaryaspor”a baş məşqçi təyin edilib. Bu barədə klubun prezidenti Gökhan İn yerli mətbuata açıqlamasında deyib.
Salqado 1999-2009-cu illərdə “Real”da forma geyinib. O, məşqçi karyerası ərzində yalnız Kiprdə “Pafos”da işləyib.
“Sakaryaspor” Türkiyə I Liqasında mübarizə aparır.