“Yuventus”un hücumçusu Moyze Kin karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Fənərbağça” italiyalı forvardın xidmətində maraqlıdır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.
“Fənərbağça”nın yeni baş məşqçisi Joze Mourinyo özü Kin ilə əlaqə saxlayıb. 24 yaşlı hücumçu ilə “Fiorentina” və “Bolonya” da maraqlanır.
Kin ötən mövsüm “Yuventus”la 20 oyunda meydana çıxıb və qol vura bilməyib.