“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “Zenit”i çalışdırmaq arzusunda olduğunu bildirib:
“Rusiyada bir çox klublarda işləmişəm, amma “Zenit”də yox. Orda kim işləmək istəməz ki… Sadəcə, mən də “hə” desəm, onlara yaltaqlıq etmiş kimi görünəcəm. “Zenit”də həmişə böyük məşqçilər olub”.
Bojoviç 2023-cü ilin dekabrından bu ilin iyununa kimi “Neftçi”yə rəhbərlik edib.