Avro-2024: Fransadan “sülh”

Bu gün Avropa çempionatında qrup mərhələsinin II turunun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, əvvəlcə E qrupunda Slovakiya ilə Ukrayna üz-üzə gəlib. Matç ukraynalıların qələbəsiylə başa çatıb.

D qrupunda Polşa Avstriyaya uduzub. Turnirin favoriti Fransa isə Niderlandla heç-heçəyə razılaşıb.

Avro-2024
Qrup mərhələsi, II tur

21 iyun

E qrupu

17:00 Slovakiya – Ukrayna 1:2

Qollar: İ.Şrans, 17 – Şaparenko, 54, R.Yaremçuk 80

D qrupu

20:00 Polşa – Avstriya 1:3

Qollar: Pyatek, 31 – Trauner, 9, Baumqartner, 67, Arnautoviç, 78 (pen.)

23:00 Niderland – Fransa 0:0