Azərbaycan təmsilçilərinin avrokuboklardakı rəqibləri açıqlanıb. “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqasında mübarizə aparacaq “Zirə”nin birinci rəqibi “Şerif” (Moldova) olacaq. Konfrans Liqasında II təsnifatdan başlayacaq “Sabah” İsrailin “Makkabi” (Hayfa), “Sumqayıt” isə Macarıstanın “Fehervar” komandası ilə üz-üzə gələcək.
“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Azər Bağırov “FutbolPress“ə açıqlamasında püşkləri dəyərləndirdi:
“Püşklə bağlı yaxşı vəziyyət “Qarabağ”dadır. “Sumqayıt”ın rəqibi digərlərinə nisbətən zəifdir. “Sabah” və “Zirə” üçün çətin komandalar düşdü. “Şerif” və “Makkabi” güclü rəqiblərdir. Moldova təmsilçisinin heyətində çoxlu legionerlər var. Yaxşı hazırlaşmaq lazımdır. İnşallah, komandalarımız uğurlu olarlar. Hər komandaya qarşı oynamaq olar. Düzgün strategiya və taktika seçmək lazımdır”.
Şahin Cəfərov