“Araz-Naxçıvan”ın yay hazırlıq planı məlum olub.
Futbolpress.az xəbər verir ki, komanda üzvləri iyunun 25-dən 27-dək tibbi müayinədən keçəcək. Yeni mövsümün ilk məşqinə isə iyunun 28-də start veriləcək. Məşqlərini iyulun 8-dək Bakıda reallaşdıracaq “qırmızı-ağlar” yekunda bir yoldaşlıq matçında gücünü sınayacaq. Oyunun keçirilmə yeri və rəqib hələ məlum deyil.
Bir günlük istirahətin ardından – iyulun 10-da komanda Türkiyəyə yollanacaq. Ərzurumdakı toplanış iyulun 25-dək davam edəcək. İki həftəlik hazırlıq müddətində “Araz-Naxçıvan” 3 yoldaşlıq (iyulun 14-də, 19-da və 24-də) oyunu keçirəcək.
İyulun 27-dən Bakıda məşqlərini bərpa edəcək “Araz-Naxçıvan” mövsümün ilk matçına hazırlaşacaq.