İyunun 23-də Beynəlxalq Şahmat Federasiyasının təşkilatçılığıyla Gürcüstanın Batumi şəhərində yeniyetmələr arasında şahmat üzrə Dünya Kubokuna start veriləcək.
Futbolpress.az xəbər verir ki, turnir 8,10 və 12 yaş qrupları üzrə oğlanlar və qızlar arasında keçirilir.
Azərbaycan Dünya Kubokunda məşqçi Fərid Abbasovun rəhbərliyi altında 14 şahmatçıyla təmsil olunacaq.
Dünya Kubokuna iyulun 3-də yekun vurulacaq.