Almaniya millisi Avro-2024-ün qrup mərhələsinin ikinci turunda Macarıstanı məğlub edib – 2:0.
Futbolpress.az xəbər verir ki, “bundestim”in yarımmüdafiəçi Toni Kroos bu görüşdə 124 dəqiq ötürmə ilə yadda qalıb. O, 1980-ci ildən bu yana bir Avropa çempionatı matçında ən çox dəqiq ötürmə edən ikinci oyunçu olub.
Daha əvvəl Avro-2012-də ispaniyalı Xavi 127 dəqiq ötürmə ilə oynayıb.