“Zirə” Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Şerif” komandası ilə üz-üzə gələcək.
“Qartallar”ın kapitanı Qismət Alıyev “FutbolPress“ə açıqlamasında püşkü dəyərləndirdi:
“Şerif”lə hələ tam məlumatlı deyilik.Yaxın zamanda məşqçilər korpusu təhlillərə başlayacaq. Avrokuboklarda təcrübəli komandadırlar. “Qarabağ”la oyunları da yaxın müddətdə olmayıb. İndiki “Şerif”lə o vaxtı eyni deyil. Zaman keçdikcə tam məlumat toplayacağıq. İndi həqiqətən, nəsə demək, fikir bildirmək çətindir”.
“Zirə” “Şerif” ilə ilk oyunu iyulun 11-də Moldovada keçirəcək. Cavab matçı bir həftə sonra Bakıda olacaq.
Şahin Cəfərov