Konfrans Liqası: “Sumqayıt” və “Sabah”ın rəqibi bilindi

Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, mərasimdə Azərbaycan təmsilçiləri “Sumqayıt” və “Sabah”ın da rəqibləri məlum olub.

“Sumqayıt” bu mərhələdə Macarıstanın “Fehervar”, “Sabah” isə İsrailin “Makkabi” (Hayfa) klubuna rəqib olub.