Berdıyevə “əməkdar məşqçi” adı verildi

“Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyev mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, ötən mövsüm Mahaçqala “Dinamo”sunda prezidentin müşaviri olan mütəxəssisə “Dağıstan Respublikasının əməkdaş məşqçisi” adı verilib.

“Dinamo” tarixində ilk dəfə Rusiya Premyer Liqasına yüksəlib. Klubun prezidenti Hacı hacıyev isə “Şərəf” ordeni ilə mükafatlandırılıb.

Berdıyev yeni mövsümdən “Turan Tovuz”a rəhbərlik edəcək.