Fransa millisinin sabiq futbolçusu “Şamaxı”da

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, “şirlər” Brahim Konateni heyətinə qatıb. Fransalı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Karyerasına Fransanın “Oser” klubunda başlayan Konate vaxtı ilə Fransa U-20 yığmasının üzvü olub. 28 yaşlı futbolçunun son klubu isə İsrailin “Hapoel Afula” olub.