Martines: “Erkən qol vursaydıq…”

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Avro-2024-də Çexiyanı məğlub etdikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Futbolda kim mübarizə apararsa, nəticəni o qazanar. Çexiya yığması oyunu idarə etməkdə çətinlik yaşadı. İstəmirdilər, ancaq onları müdafiədə saxlaya bildik. Bu gün məsələ taktika və texnika deyildi, vacib olan xarakter göstərmək idi.

Geridönüşümüz yaxşı hazırlığımızla bağlı idi. Komanda şəklində oynadıq, qələbə qazandıq. Erkən qol vursaydıq, nəticə fərqli olardı. Stadionda möhtəşəm atmosfer var idi”.