Konfrans Liqası: “Sabah” və “Sumqayıt”ın rəqibi bilinəcək

Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

Futbolpress.az xəbər verir ki, mərasim saat 16:00-da başlayacaq.

Püşkatmada Azərbaycan təmsilçiləri “Sabah” və “Sumqayıt”ın rəqibləri bəlli olacaq.

Dünən Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb və “Zirə” “Şerif”ə (Moldova) rəqib olub.