İtaliya millisinin üzvü “Tottenhem” və “Yuventus”un hədəfində

İtaliya millisinin və “Bolonya”nın futbolçusu Rikkardi Kalafiori karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Tottenhem” 22 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. London təmsilçisinin nümayəndələri oyunçunun meneceri ilə görüşüb və durumu ilə maraqlanır.

Kalafiori ilə “Yuventus” da yaxından maraqlanır.

Oyunçu qərarını Avro-2024-dən sonra verəcək. Kalafiori İtaliya yığmasının heyətində yer alır.

“Bolonya” ilə müqaviləsi 2027-ci ilin yayına kimi olan müdafiəçinin “transfermarkt”da dəyəri 30 milyon avrodur.