“Boston Seltiks” – çempion

Basketbol üzrə NBA-nın qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, final mərhələsinin seriyasında “Dallas Maveriksi” məğlub edən “Boston Seltiks” çempion adını qazanıb.

Komanda finalın 5-ci seriyasında 106:88 hesabıyla qələbə qazanaraq, qızıl medalların sahibi olub.

“Boston Seltiks” tarixində 18-ci dəfə NBA çempion olub və bu göstəricidə ölkə rekordçusu statusuna yiyələnib.