“Atletiko”nun futbolçusu Joao Feliks karyerasını “Fənərbağça”da davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı hücumçunu icarəyə götürmək istəyir. Bu barədə “Fanatik” nəşri məlumat yayıb.
Türkiyə təmsilçisi Feliks üçün 6 milyon avro icarə haqqı ödəməyə hazırdır. “Atletiko”nun tələbi isə 10 milyon avrodur.
Portuqaliyalı futbolçu ötən mövsümü “Barselona”da icarədə keçirib.